Azərbaycanla Qazaxıstanı birləşdirəcək magistralın tikintisinə başlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanla Qazaxıstanı birləşdirəcək magistralın tikintisinə başlanıldı

Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan, Azərbaycan və Qazaxıstanı birləşdirən TransXəzər fiberoptik xəttin çəkilişinin başlanması ilə bağlı mərasim təşkil olunub.

Median.Az APA-ya istinadən xəbər verir ki, mərasim çərçivəsində layihənin əsas təşəbbüskarı və təşkilatçısı olan "AzerTelecom" şirkəti TransXəzər optik magistralın tikintisi məqsədilə "Transtelecom" və "KazTransCom" şirkətləri ilə müqavilə imzalayıb.

Rəsmi mərasimdə Qazaxıstanın Baş naziri Askar Mamin və Azərbaycanın Baş naziri Əli Əsədov, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "AzerTelecom" şirkətinin rəhbəri Fuad Allahverdiyev iştirak ediblər.

Uzunluğu 400 km olacaq TransXəzər magistralının tikinti işləri 2021-ci ildə başa çatacaq. Avropa və Asiyanı birləşdirəcək fiberoptik rabitə kanalının məlumat ötürmə qabiliyyəti 4-6 Tb/s təşkil edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            957 19.11.19 17:58