Dörd hakimə töhmət verildi, biri işdən çıxarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Dörd hakimə töhmət verildi, biri işdən çıxarıldı
Qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 məhkəmə hakiminə töhmət verilib.

Median.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının noyabrın 14-də keçirilən iclasında məlumat verilib.

Qeyd olunub ki, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          602 14.11.19 22:27