Nəvəsi əməkdar artisti biabır etdi — VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

Nəvəsi əməkdar artisti biabır etdi — VİDEO

ARB TV-nin “Üçəlli” verilişində, əməkdar artist Gülbahar Şükürlünün nəvəsi Fəridə ilə bağlı maraqlı sujet nümayiş olunub.
Belə ki, əməkdar artistin nəvəsinə, nənəsi ilə bağlı bir çox suallar ünvanlanıb. Fəridənin verdiyi cavablar isə təəccüb doğurub:

“İki nənəmin də adı Gülbahardır. Mən bu nənəmə qısaca “qarmon” deyirəm. “Qarmon” nənəm mənə hədiyyə alıb, amma yadımda deyil, çünki çoxdan alıb. Onun qarmonuna toxunmuram, vecimə deyil. Çox danışır, o qədər çox danışır ki, insan yerə yıxılır. Bir dənə mavi köynəkli dostu gəlmişdi, o qədər danışdı ki, beynim getdi.
Nənəmin yanında yatmıram. Çünki atam, anam, mən birlikdə çarpayıda yatırıq. Ona yer qalmır deyə divanda yatır. O bizə gələndə, ya biz onlara gedəndə “Fəlfəlim” deyir. Mənim də xoşuma gəlmir.

Normal şəkildə adımı desin, gül kimi adım var. “Qarmon” nənəm biraz xəsisdir. Şikayətçi deyiləm, amma vallahi heç bir şey almır. Əslində üçümüzü də çox sevir, amma ən çox Mədinəni istəyir. Nənəm bu müsahibədən sonra ola bilsin məndən incidi”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 741 13.11.19 21:10