Mojo.az Banner
11:42 Yer kürəsində planetar maqnit qasırğaları başlayıb  |     11:33 Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi  |     11:17 Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü  |     23:00 “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır  |     22:50 ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ  |     22:45 Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI  |     22:38 Pambıq ixracı azalıb  |     22:32 Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü  |     22:27 Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"  |     22:19 Tokayev: "Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir"  |     22:07 "Azpulmat", "Manato" vətəndaşların məlumatlarını ələ keçirirlər?  |     21:57 Hava kəskin pisləşəcək: şaxta olacaq  |     21:48 ​​​​​​​Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verildi  |     21:39 Zabit Səmədov: "Facebook" mesajları məni rinqə qaytardı"  |     21:31 Məşhur milyarder bir cümlə ilə uğurlu uşaq böyütməyin sirrini açıqladı  |     21:26 Bu müəllimlər marker təlimlərinə cəlb ediləcəklər  |     21:18 Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq  |     21:13 Azərbaycanda halı pisləşən professor qəfil öldü  |     21:05 Bakıda güclü külək fəsadlar törətdi: Binanın fasad örtüyü qoparaq maşınlara ziyan vurdu  |     20:56 Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: "Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı"  |    
Left Banner
Right Banner

Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm" - VİDEO

13.11.2019 18:33 2 513
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm
ARB TV-nin "Rezonans” proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.

Median.Az
erməni əsirin müsahibəsini təqdim edir:

Arsen Baqdasaryan: – Məhkum (Cəzası-15 il): "Azərbaycan Respublikasının Xankəndi şəhərində, 1994-cü ildə anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra peşə məktəbinə daxil olmuşam. Peşə məktəbini bitirdikdən sonra Yerevan şəhərinə göndərdilər. 4 ay orada gizirlik məktəbi oxumuşam, sonra sertifikatlar verildi. Dedilər ki, siz dünyanın hər bir yerində xidmət göstərə bilərsiniz. Məni daha sonra Qarabağa göndərdilər. Mənə bütün hərbi sirrləri öyrətdilər, minalar necə hazırlanır, necə yerləşdirilir. Əskəran polkunun komandiri Calal Arutunyan var idi, bildiyim qədərilə onu hazırda öldürüblər. O gəldi, mənə mülki paltarlar gətirdi. İki nəfərlə birlikdə bizi Ağdərəyə gətirdilər, təmas xəttinə. Sonra əskərlər məni gördülər, havaya atəş açdılar. Dedim ki, çobanam. Altdan geyindiyim hərbi formanı gördülər. Dedilər onu hardan tapmısan, dedim satırdılar, alıb geyinmişəm. Və sonra təkid etdikdən sonra mən dedim ki, siz tərəfdə yaşamaq istəyirəm, təslim oluram. Mənimlə gələn 2 nəfər isə minaları basdırıb getmişdilər. Heç bilmirəm harada basdırıblar. Amma bilirəm ki, 17 ədəd mina basdırılıb. Cinayət törətdiyimi bilirəm. Məhkəmə prosesindən də narazı deyiləm. Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm. Törətdiyim cinayət əməlinə görə çox peşmanam. Burada yeməklər də çox kalorilidir, sanki cənnətdəyəm. Mən Azərbaycan vətəndaşıyam.

Hətta burada Azərbaycan bayrağı da düzəldib çarpayımdan asmışam. Bütün otaqlarda Azərbaycan bayrağı var, mən də düşündüm ki, mənim də saxlandığım otaqda Azərbaycan bayrağı olsun. Bayrağı düzəldərkən də heç kimdən icazə almamışam, bilirəm ki, onlar da etiraz etməzlər bayrağı otağımdan asmağıma.

Orada təbliğat aparırdılar ki, Azərbaycanlılar toraqları işğaldan azad eləsələr ana-bacılarımızı zorlayacaqlar, onları tikə-tikə edəcəklər. Lakin mən iki ildir burdayam, erməniyəm, əslində burda məni vura da bilərlər amma indiyə qədər bir dənə də olsun sillə vurmayıblar. Bu da onların danışdığı yalanların əsl cavabıdır. Burada heç kimi zorlamırlar.

Bu çəkiliş vasitəsilə Azərbaycan Respublikasının prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, ölkədə gözəl şərait yaradıb. Eyni zamanda Azərbaycan xalqından cinayətlərimə əməllərimə görə üzr istəyirəm. Əgər bağışlaya bilirlərsə məni bağışlasınlar”

скачать dle 11.3