Bakıda tələbələrin kartından 232 manat oğurlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Bakıda tələbələrin kartından 232 manat oğurlanıb

UNEC-in tələbələrinin kartında 232 manat oğurlayan şəxs aşkarlanıb

"Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin kartından pul oğurlayan şəxslər müəyyənləşib və vəsait tezliklə geri qaytarılacaq".

Bu barədə UNEC-dən məlumat verilib.

Ali məktəbdən bildirilib ki, 2 tələbənin kartından ümumilikdə 232 manat məbləğində vəsait silinib: “Ötən həftə təqdimatı olan “Smart Tələbə Kartı” ilə bağlı “”Xəzər TV” süjet hazırlamışdı. Həmin süjetdə kartların göstərilməsi zamanı gizli saxlanılmalı olan hissələr də açıq şəkildə nümayiş olunmuşdu. Bundan sonra isə bir nəfər həmin kart məlumatlarından istifadə edərək “aliexpress.com” saytından alış-veriş edib. Bəzi saytlar var ki, onlar "3D" təhlükəsizlik şifrəsi tələb etmir. "aliexpress.com" saytı da belələrindəndir. Ona görə, bu kartdan orada istifadə etmək asan olub. Prezident təqaüdçüsü olan iki qız tələbəyə məxsus kartların 1-dən 210, digərindən isə 22 manat məbləğində ödəniş olunub. Artıq həmin şəxs müəyyənləşib. Hazırda həmin vəsaitlərin geri qaytarılması üçün müraciət olunub və vəsait tezliklə geri qaytarılacaq”.

Xatırladaq ki, “Kapital Bank” ASC, “MasterCard” və UNEC-in birgə təşəbbüsü ilə hazırlanan “Smart Tələbə Kart”ları özündə bir neçə funksiyanı birləşdirir. Bu həm tələbə, həm təqaüd, həm debet kartıdır. Gələcəkdə isə həmin kartlardan nəqliyyatda ödənişlər üçün də istifadə ediləcək.(report)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            943 11.11.19 18:10