Daha bir idmançımız Paralimpiya Oyunlarına vəsiqə qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Daha bir idmançımız Paralimpiya Oyunlarına vəsiqə qazandı
Azərbaycan Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına altıncı lisenziyanı qazanıb.

BƏƏ-nin Dubay şəhərində keçirilən para atletika üzrə dünya çempionatında Samir Nəbiyev nüvə itələmə yarışında (F57 kateqoriyası) 14.06 metr nəticə göstərərək dördüncü yerə çıxıb.

Bu yarışlarda ilk dördlüyə düşən idmançılar Paralimpiya Oyunlarına lisenziya qazandığından, idmançımız da bu hüquqa yiyələnib.

Qeyd edək ki, daha əvvəl dünya çempionatında Kamil Əliyev uzununa tullanma üzrə (T12 kateqoriyası) üçüncü yeri tutaraq lisenziya əldə edib.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          421 09.11.19 14:26