Şərqi Azərbaycan vilayətində güclü zəlzələ: Ölən və yaralılar var - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Şərqi Azərbaycan vilayətində güclü zəlzələ: Ölən və yaralılar var - YENİLƏNİB + FOTO
İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.

Bununla bağlı “Press TV” məlumat yayıb.

Məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı beşə, yaralıların sayı 120-yə çatıb.

Şərqi Azərbaycan böhran mərkəzinin rəhbəri Mohammad Baker Xonar bildirib ki, zəlzələ bölgəsinə səkkiz xilasetmə briqadası göndərilib.



* * * *

İranın şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

“Press TV” xəbər verir ki, təbii fəlakət nəticəsində dörd nəfər ölüb, 70 nəfər isə yaralanıb.

5,9 bal gücündə zəlzələ Bakı vaxtı ilə 02:47-də Təbrizdən 156 kilometr aralıqda qeydə alınıb.

Avropa seysmoloqlarının bildirdiyinə görə, zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          783 08.11.19 12:18