Dünyanın ən zəngin adamlarının siyahısı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Dünyanın ən zəngin adamlarının siyahısı - FOTO

"Forbes” dünyanın ən zəngin 10 adamının yeni siyahısını təqdim edib.

Siyahıda birinci yeri Amazon.com saytının rəhbəri və qurucusu Ceff Bezos tutur. Onun sərvəti 112,2 milyard dollar təşkil edir.

Bezos eyni zamanda "The Washington Post” qəzeti və "Blue Origin” aerokosmik kompaniyasının yaradıcısı və rəhbəridir.


Siyahıda ikinci yeri 107 milyard dollar sərvətə malik olan Bernar Arno tutur. "Louis Vuitton” brendinin sahibi bizneslə məşğul olmağının pul qazanmaq məqsədi daşımadığını deyib.


Üçüncü yerin sahibi "Microsoft” şirkətinin ortağı amerikalı təşəbbüskar, ictimai xadim Bill Qeytsdir. Onun sərvəti 106,9 milyard dollardır.


Dördüncü yerdə Uorren Baffet qərar tutub. Baffetin sərvətinin dəyəri 87,1 milyard dollar təşkil edir. O, insanlıq tarixində ən böyük xeyriyyəçi hesab olunur.


"Facebook” sosial şəbəkəsinin qurucusu, amerikalı proqramist Mark Zükerberq isə beşinci yerdədir. Sərvəti 72,1 milyard dollar təşkil edir.


Altıncı yerin sahibi 70 milyard dollara sahib olan ispaniyalı milyarder Amansio Orteqadır.


Yeddinci yerdə isə, "Oracle” şirkətinin texniki direktoru Lari Errison qərarlaşıb. Onun sərvətinin ümumi dəyəri 68,2 milyard dollar təşkil edir.


Siyahıda səkkizinci yeri meksikalı milyarder Karlos Slim tutur. O, "Grupo Carso”nun sahibidir. Sərvəti 61,4 milyard dollardır.


Növbəti, doqquzuncu yer "Google” şirkətinin qurucularından biri olan Larri Peycə məxsusdur. Onun sərvətinin 58,8 milyard dollar olduğu bildirilir.


Nəhayət, onuncu pillədə Fransuaza Bettankur Mayers 57,7 milyard dollarla qərar tutub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 051 06.11.19 21:31