Misir Mərdanov: Jurnalistlər bilərək, məni siyasətə çəkmək istəyirlər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |    

Misir Mərdanov: Jurnalistlər bilərək, məni siyasətə çəkmək istəyirlər - VİDEO

İTV-də efirə gedən “3D” verilişinin budəfəki qonağı sabiq Təhsil naziri Misir Mərdanov olub.

Median.Az
xəbər verir ki, sabiq nazirlə verilişin aparıcısı Dadaş Dadaşlinski arasında maraqlı söhbət baş tutub.

Misir Mərdanov bildirib ki, vəzifədən çıxandan sonra dostlarının sayı daha da çoxalıb:

“Məni axtaranlar artıb. Tam səmimi deyirəm. Vəzifədə olanda çox adamla təmasda ola bilmirsən. Vəzifədən çıxandan sonra təmas çoxalır”.

Aparıcının “Vəzifədən gedənlərin, sonradan məlum olur ki, milyonları, milyardları var. Bəs siz pullarınızı hansı bankda saxlayırsınız?”, - sualına isə sabiq belə cavab verib:

“Nazir olanda da, olmayanda da heç bir bankla əlaqəm olmayıb. Nəyim varsa, evimdə, cibimdə olub”.

Misir Mərdanov jurnalistlərin suallarını çox vaxt cavabsız qoymasında da danışıb:

“Bilirsiniz, jurnalistlər istəyirlər ki, müəyyən fikirlər öyrənmək üçün bilərək məni siyasətə çəksinlər. Ona görə də deyirəm ki, mənə belə suallar verməyin. İndiki fəaliyyətimlə bağlı nə suallar versəniz, cavab verməyə hazıram. Lakin mən bilirəm ki, o suallar qərəzlidir və mən qərəzli suallara cavab vermirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 288 06.11.19 11:40