Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü - Türkiyəyə göndərilir » Median.Az - Bütün xəbərlər bir ünvanda


Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü - Türkiyəyə göndərilir
Heydər Əliyev Fondu avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.

Bunu oxu.az-a açıqlamasında O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək:

“Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədən gələn həkimlər həyat yoldaşımı müayinə ediblər. Onun müalicəsi Türkiyədə xəstəxanaların birində davam etdiriləcək”.

F.Gülalıyeva bildirib ki, O.Gülalıyevin Türkiyə aparılması ilə bağlı hazırlıq işləri görülür.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          460 05.11.19 17:50