Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

Dünən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə Nizami rayonu, 8-ci kilometr bazarının yanında qeydə alınıb.

İki marşrut avtobusunun toqquşması barədə saat 22:20-də məlumat Təcili Tibbi Yardıma məlumat daxil olub:

“Hadisə yerinə beş briqada yollanıb. Ümumilikdə səkkiz nəfər hospitalizə olunub. Onlardan dördü kişi, dördü qadındır. Bir qadın burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə, digər yeddi nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan bildirilib ki, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımi tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar”.

“Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb”, - deyə məlumatda qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 731 05.11.19 12:14