Bakıda maşınları qarət edən və qaçıran şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Bakıda maşınları qarət edən və qaçıran şəxs saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 1-nə keçən gecə Moskva prospektindən Bakı şəhər sakini O.İsmayılova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Nəsimi RPİ 19-cu polis şöbəsi və 20-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil A.Mustafayev küçəsində qabaq sağ şüşəsi sınmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçıran Sumqayıt şəhər sakini E.Qədirov saxlanılıb.

Araşdırma zamanı onun həmin gecə Y.Vəzirov və N.Məlikov küçələrində “Range Rover” markalı avtomobildən videoqeydiyyat qurğusu, “KİA” markalı avtomobildən, içərisində 700 manat olan pulqabı və “Ford” markalı avtomobildən 2 ədəd çanta oğurlaması müəyyən edilib.

Nəsimi RPİ-də araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 401 02.11.19 17:56