Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq
Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək.

Görüşlər saat 15:00-da başlanacaq. İlk yeddi turdan sonra xal durumu belədir:

Kişilər: 1. Rusiya - 12, 2-4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6-8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.

Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3-5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6-8. Fransa, İtaliya, Türkiyə - 9 xal.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          542 01.11.19 11:54