Mojo.az Banner
13:20 Günəşdə aktivlik müşahidə olunur: Yer üçün təhlükə varmı?  |     12:59 Face Pay-dən “myGov”a: Yeni rəqəmsal həyat tərzi formalaşır  |     12:54 Kiçik sahibkarlıq zəiflədikcə bahalaşma artır  |     12:48 Niyə BOKT-lar banklardan daha çox tələb görür? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI  |     12:33 Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - VİDEO  |     12:25 500-ə yaxın dərman preparatlarını ölkəyə qanunsuz yolla keçirmək istədilər  |     12:19 Tanınmış estetik mərkəzlə bağlı cinayət işində təqsirləndirilənlərdən XƏBƏR VAR  |     12:11 ABŞ-nin dövlət katibi Ermənistana səfər edəcək  |     12:09 Yağışa görə buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlərə ŞAD XƏBƏR  |     12:08 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub  |     12:06 Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər - FOTO  |     11:59 İnterpol xətti ilə axtarılan Azərbaycan vətəndaşı Ukraynadan gətirilir  |     11:57 Ölkə ərazisində intensiv yağıntılar davam edir - FAKTİKİ HAVA  |     11:55 Dünən keçirilən imtahanların düzgün cavabları açıqlanıb  |     11:52 Qurban bayramı ilə bağlı fətva verildi  |     11:49 Rusiyada küçə musiqisi faciə ilə nəticələndi: 11 yaşlı oğlan güllələndi  |     11:48 Alimlərdən sensasion kəşf: Pişiklərlə insan xərçəngi arasında əlaqə tapıldı  |     11:46 Çimərlik ərazilərində iaşə obyektləri fəaliyyətə başlayıb - VİDEO  |     11:18 Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda ələ keçdi - Ölkəmizə gətirilir  |     23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |    
Left Banner
Right Banner

Bakıda bacılarını bıçaqlayıb öldürən şəxlə bağlı qərar verildi

29.10.2019 12:40 1 921
Bakıda bacılarını bıçaqlayıb öldürən şəxlə bağlı qərar verildi
Bakı Apellyasiya Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barədə qərar elan olunub.

Qərara görə, M.Əlimanovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Hadisə bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü M.Əlimanov ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.

Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən, qadın xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan M.Əlimanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, M.Əlimanov əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb.//oxu.azскачать dle 11.3
Mojo.az Banner