Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA

25.05.2026 22:28 510
Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA
Məişət tullantılarının çeşidlənməsi ekoloji dayanıqlığın əsas istiqamətlərindən biri kimi qəbul edilsə də, Azərbaycanda bu praktika hələ geniş yayılmayıb. Bunun əsas səbəbləri ictimai maarifləndirmənin zəifliyi, infrastrukturun məhdudluğu və vərdişlərin formalaşmaması ilə bağlıdır. Nəticədə tullantıların böyük hissəsi çeşidlənmədən ümumi poliqonlara yönləndirilir ki, bu da həm ətraf mühitə, həm də resursların səmərəli istifadəsinə mənfi təsir göstərir.
 
Median.Az bildirir ki, mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, bərk məişət tullantılarının və ümumilikdə yaranan tullantıların təkrar emalı ciddi problemdir:
 
"Bu problem tək Azərbaycanda deyil, bütün dünyada geniş miqyasda müşahidə olunur. Bir çox tullantının təkrar emalı mümkün olmur. Onlar toplanır, müəyyən yerlərə daşınır və basdırılır və ya yandırılır. Yəni əsasən utilizasiya prosesi bu üsullarla həyata keçirilir, lakin tullantıların böyük bir hissəsi tam şəkildə emal olunmur. Azərbaycanda ümumilikdə yaranan tullantıların həcmi adam başına təxminən 421 kiloqram təşkil edir. Buraya həm sənaye tullantıları, həm də bərk məişət tullantıları daxildir. Bərk məişət tullantıları üzrə 2025-ci ildə təxminən 3 milyon 250 min ton tullantı yaranıb. Bu da adambaşına təxminən 320 kiloqram deməkdir. Buraya qida məhsullarından yaranan tullantılar, ev təsərrüfatlarında formalaşan plastik, kağız, karton, metal və digər tullantılar daxildir".
 
Ekoloq deyib ki, təhlillərə görə tullantıların strukturunda plastik təxminən 8–10 faiz, şüşə 6–10 faiz, karton isə 10–12 faiz paya malikdir:
 
"Əsas hissə isə qida mənşəli üzvi tullantılardan ibarətdir. Metal tullantılar da müəyyən faiz təşkil edir. Ümumilikdə hesablamalara əsasən bərk məişət tullantılarının təxminən 60–70 faizi potensial olaraq təkrar emala yararlıdır.
 
Dünyada olduğu kimi Azərbaycanda da metal və kağız tullantılarının təkrar emalı nisbətən daha asandır. Plastik tullantıların emalı isə daha mürəkkəb və çətindir. Bu səbəbdən onlar əsasən toplanır və xüsusi müəssisələrə yönləndirilir. Şüşə tullantılarının emalı da asan proses deyil və ayrıca infrastruktur tələb edir. Ən optimal yanaşmalardan biri istehsalçıların qablaşdırma materiallarını geri qəbul etməsidir, lakin bu sistem hələ tam formalaşmayıb. Hazırda Azərbaycanda tullantıların təxminən 20–25 faizi təkrar emal oluna bilir. Onların bir hissəsi Balaxanıdakı tullantı emalı kompleksində yandırılaraq elektrik enerjisinə çevrilir. Digər hissəsi isə çeşidlənərək təkrar emala göndərilir və ya utilizasiya olunur. Balaxanı bərk məişət tullantılarının emalı üzrə əsas mərkəzlərdən biridir və illik emal gücü təxminən 500 min ton təşkil edir.
 
Qeyd etmək lazımdır ki, tullantıların çeşidlənməsi problemi bütün dünyada aktualdır. Bir çox ölkələrdə proses ev təsərrüfatlarından başlayır və tullantılar ayrı-ayrı qablara atılır. Azərbaycanda isə çeşidləmə üçün infrastruktur mövcud olsa da, toplanan tullantılar çox vaxt eyni nəqliyyat vasitəsi ilə daşındığı üçün proses effektiv olmur və çeşidləmə əsasən emal müəssisələrində aparılır.
 
Tullantıların idarə olunması sahəsində əsas qurum “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətidir. Tullantıların toplanması və daşınması isə yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən müvafiq strukturlar tərəfindən həyata keçirilir",- deyə bildirib.
 
Yəni evimizdən atdığımız zibillərin böyük hissəsini əslində yenidən istifadə etmək mümkündür, lakin düzgün çeşidləmə aparılmadığı üçün tonlarla yararlı xammal sadəcə poliqonlarda basdırılır və ya yandırılır.

Son xəbərlər