Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ford" yarım milyondan çox avtomobilini geri çağırır

27.07.2026 20:56 414
Avtomobil istehsalçısı "Ford" mühərrik hissəsində yanğın yaranma riski ilə əlaqədar 565 691 "Bronco"nu və "Bronco Raptor" krossoverini geri çağırmaq qərarına gəlib.

Bu barədə "Reuters" agentliyi ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinin (NHTSA) hesabatına istinadən informasiya yayıb.

Baxış kampaniyası 2021-2026-cı il buraxılışlı modelləri əhatə edir. Qərara əsas səbəb mühərrikin naqillər sistemindəki qüsurdur. Belə ki, qeyri-kafi mühafizə ucbatından naqillər ətrafdakı detallara sürtülərək yeyilə bilər. Bu isə öz növbəsində kabel izolyasiyasının pozulmasına, qısaqapanmaya, elektrik qığılcımına və nəticə etibarilə alışmaya gətirib çıxarır.

Avtomobil sahiblərindən gələn şikayətlər əsasında iyun ayında müvafiq araşdırmalara başlanılıb. Sürücülər hərəkət vaxtı salonun havalandırma sistemindən tüstü gəldiyini və kapotun altından, sərnişin oturan tərəfdə alov qığılcımlarının göründüyünü qeyd ediblər.

Şirkət 15 oktyabr 2024-cü ildən 20 iyun 2026-cı ilədək olan dövrdə sözügedən nasazlıqla əlaqədar ola biləcək 15 alışma halı qeydə alıb. Bununla belə, avtomobil şirkəti bu qüsur ucbatından hər hansı yol-nəqliyyat hadisəsinin baş verməsi və ya xəsarət alanların olması barədə heç bir məlumatın olmadığını vurğulayıb.

Nəqliyyat vasitəsi sahiblərinə xəbərdarlıq bildirişlərinin göndərilməsinə avqustun 24-dən 28-dək başlanacaq. Daha sonra müştərilərə yaranmış problemin pulsuz şəkildə həll edilməsi üçün "Ford" və ya "Lincoln"un rəsmi diler mərkəzlərinə yaxınlaşmaq tövsiyə ediləcək. Geri çağırış kampaniyası daxilində diler mərkəzləri naqillərin sürtülərək zədələnməsinin qarşısını almaq məqsədilə maşınlara əlavə qoruyucu qat və xüsusi lent örtüyü pulsuz tətbiq edəcəklər.скачать dle 11.3

Son xəbərlər