Mojo.az Banner
23:02 Rusiyada poçt işçisi 780 min dollardan çox pul oğurlayıb şöbəni yandırmağa cəhd etdi  |     22:43 Xəzərdəki gəmilərin vurulması təhlükəlidir - Peskov  |     22:38 Kondisioner görün hansı xəstəliklərə səbəb olur – XƏBƏRDARLIQ  |     22:31 Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib  |     22:25 "Hərbi əməliyyatlar bərpa olunacaq” - Tramp  |     22:20 Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı  |     22:12 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     22:11 Quba-Qusar yolunda "Mercedes" yük maşını ilə toqquşdu: Ölən var  |     22:10 Rusiya ordusunun ştat sayı artırıldı - Putin fərman imzaladı  |     22:01 “iPhone 18”-in təqdimat tarixi dəyişdi  |     21:55 Ən romantik və ən qısqanc BÜRCLƏR  |     21:50 Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR  |     21:42 Bu ərazilərdə qaz olmayacaq  |     21:35 Telefonlar BAHALAŞACAQ  |     21:29 Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu  |     21:22 Rumıniya Rusiya diplomatını ölkədən çıxarır  |     21:17 Azərbaycan güləşçisi dünya çempionatının finalında  |     21:09 HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürüldü  |     21:02 Masallıda BƏDBƏXT HADİSƏ: Çayda üzərkən xəsarət alan gənc 10 gün sonra öldü  |     20:56 "Ford" yarım milyondan çox avtomobilini geri çağırır  |    
Left Banner
Right Banner

Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib

27.07.2026 22:31 129
Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa edilən yeni avtomobil körpüsünün tikintisi yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək tikilib.

Tikinti işləri çərçivəsində körpünün dayaqları və aşırım qurğusu inşa olunub, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər yol infrastrukturu elementləri quraşdırılıb.

Artıq yeni körpü nəqliyyat vasitələrinin istifadəsinə verilib.скачать dle 11.3
Mojo.az Banner