Quba-Qusar yolunda "Mercedes" yük maşını ilə toqquşdu: Ölən var
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Quba-Qusar avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə çırpılıb. Güclü zərbənin təsirindən minik maşınının sürücüsü - Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.