Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü

25.05.2026 21:35 468
Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü
Türkiyənin "Karsan" şirkətinin istehsal etdiyi pilotsuz avtobus İsveçin Höteborq şəhərində xəttə çıxdığı ilk gün qəzaya uğrayıb.

Median.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Avtobusun məxsus olduğu "Vasttrafik" şirkətinin rəsmi nümayəndəsi Patrik Çi bildirib ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən qəfil əyləci sıxıb və bu səbəbdən arxadan gələn tramvay ona çırpılıb.

Onun sözlərinə görə, baş vermiş bu hadisə şəhər infrastrukturunda pilotsuz ictimai nəqliyyatın tətbiqi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Daşımanı təşkil edən qurumun rəsmi təmsilçisi əlavə edib ki, toqquşmanın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. O həmçinin qeyd edib ki, avtobus tam avtonom (pilotsuz) rejimdə fəaliyyət göstərsə də, hər hansı fövqəladə vəziyyətdə idarəetməni dərhal öz üzərinə götürə bilməsi üçün salonunda sürücü-operator olub.//oxu.az

Son xəbərlər