Amerikalı qadın Helen Fritiçin 62 yaşı olduğuna heç kim inanmır. Üstəlik o, 5 il əvvəl qan xərçəngi xəstəliyinə yoluxmuşdu.
Median.Az axşam.az-a istinadən bildirir ki, Helen sağlam həyat tərzini seçməklə bütün xəstəliklərindən qurtulub. O, bütün problemlərin insanın beynində yarandığı qənaətindədir.
"Nə qədər pozitiv olmağa köklənsək, bir o qədər xoşbəxt hiss edərik. Hazırda həyatımın ən gözəl illərini yaşayıram" deyən qadın, hər keçən gün daha gənc hiss etdiyini söyləyib.