Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Bu yollarda sıxlıq var - SİYAHI | 18:31 TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq | 18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı |
Mojo.az Avto
Mojo.az Avto

Prezident sərəncam imzaladı - Yeni qoruqlar yaradıldı

22.10.2019 18:11 3 984
Prezident sərəncam imzaladı - Yeni qoruqlar yaradıldı
Prezident İlham Əliyev Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etməlidir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

- “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

- “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

- “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirməli;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər