Maaş 3 min 300 avro olan Brüsseldə portağalın qiyməti Bakı ilə müqayisədə ucuzdur » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |    

Maaş 3 min 300 avro olan Brüsseldə portağalın qiyməti Bakı ilə müqayisədə ucuzdur

“İdxal edilən məhulların bir qisminin qiymətinin qonşu ölkələr ilə müqayisədə xeyli baha olması son zamanlar müzakirə olunan məsələlərdəndir”.

Median.Az
xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

Ekspert bildirib ki, istehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullar var.

“Belə məhsullardan biri də portağaldır. Hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır. Yay aylarından yüksələn qiymət payızda da dəyişmədi.

Ola bilər bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələr ilə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslar ilə izah edilə bilməz”, - deyə V.Bayramov bildirib.

Ekspert deyir ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir.

“Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur.//Baku.ws

Orta aylıq əmək haqqısı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır.

Avropa pulu ilə ifadədə Bakıda portağalın kilolqramı 2.38 avroya, orta aylıq əmək haqqısı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır”.

V.Bayramov deyir ki, bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkün deyil:

“Düşünə bilərsiniz ki, niyə sadəcə bir meyvənin qiymətini müzakirə edirik.

Məsələ sadəcə portağılın qiyməti ilə bitmir. Bu əslində ondan xəbər verir ki, hələdə xarici ticarətimiz tam liberallaşmayıb.

Belə olmasaydı sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edib gəlir əldə edə bilərlər.

Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilirlər: hətta bəzən rəsmi statistikada say çox görünsə də. Təəssüf ki, bu bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur.

CESD istehlak bazarında qiyməti region bazarları ilə müqaysədə kəskin yüksək olan məhsullar ilə bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasnı və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edir.

Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qalıdırlması iqtisadiyyatın tam libeallaşdırılması ilə mümkündür”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 150 22.10.19 13:00