Rusiyanın məşhur şirkəti Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Rusiyanın məşhur şirkəti Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək

Bakı metropoliteninin lokomotiv parkında istismar müddətini başa vuracaq vaqonların yeniləri ilə əvəzlənməsi istiqamətində ən mühüm addımlardan biri atılıb.

"Bakı Metropolitenindən" QSC-dən verilən məlumata görə, Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək.

Bununla əlaqədar Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərində "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb. Müqaviləni "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov imzalayıblar.

Müqaviləyə əsasən, il ərzində şirkət Bakı metropoliteni üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində zavodda Bakı metropoliteni üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq.
Onu da vurğulamaq lazımdır ki, bununla Bakı metropolitenində istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.
İstehsal olunacaq 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq.
Qeyd edək ki, “Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.

"Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. Həmin il 81-760.B/761.B/763.B tipli 15 vaqon, 2018-ci ildə isə 81-765/766 tipli 10 vaqon alınmışdı. Cari il Rusiyadan gətirilmiş vaqonların sayı əvvəlki üç ildən daha çox olub. 2019-cu ildə alınmış 30 vaqonla metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir.

Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.

Bütün bunlarla yanaşı, Bakı metropoliteni üçün istehsal olunacaq vaqonlarda qarşıdakı müddətdə "Transmaşholdinq" şirkətinin vaqon istehsalı ilə bağlı həyata keçirəcəyi yeniliklər də xüsusi nəzərə alınacaq.//news24.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            842 21.10.19 20:33