“Maşın” uğrunda gərgin mübarizə: sonda kim sevinəcək? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |    

“Maşın” uğrunda gərgin mübarizə: sonda kim sevinəcək? - VİDEO

“Maşın” şounun final mərhələsinin növbəti final gecəsi Xalq artisti Murad Dadaşovun təqdimatında start götürüb.

Median.Az
xəbər verir ki, şounun on altıncı günündə üç məşhur Lalə Mustafayeva, Ramal İsrafilov və Suna Kasımoğlu böyük final mərhələsinə adlayıb, dəyəri 50 min manatlıq “Opel İNSİGNİA” avtomobil uğrunda mübarizələrini davam etdirirlər.

İntriqalı və qalmaqallı günləri arxada qoyan iştirakçılar yalnız iradə və güc nümayiş etdirdikləri təqdirdə “Maskarad”ın finalında sona qalıb, avtomobilə sahib çıxmaq şanslarını artıra bilərlər.

Üç məşhurdan kimin qalib gələcəyi isə yaxın üç gün ərzində müəyyən olacaq. Hazırda isə hər üç məşhur dözümlülük nümayiş etdirərək şouda iştirakını davam etdirirlər.

Aparıcı Murad Dadaşov oyunçulara əllərinin digəri ilə əvəz etməyə icazə verib. Onun “Özünüzü necə hiss edirsiniz?” sualından sonra məşhurlar normal olduqlarını bildiriblər.

Daha sonra iştirakçıların bütün gecəni necə keçirtdikləri süjet şəklində tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, şou sona yaxınlaşdıqca, oyunun şərtləri daha da çətinləşir. Belə ki şounun qaydalarına əsasən, artıq üç iştirakçının hər biri ayrı-ayrılıqda avtomobilin yanından ayrıla bilmirlər.

Onlar bu gün ərzində yalnız bir dəfə maşından bəlli zaman çərçivəsində ayrılıb, təbii ehtiyaclarını ödəmək şanlarından istifadə ediblər. İştirakçılar yalnız xüsusi səs işarəsi səsləndikdən sonra iki saatdan bir əlini digər ilə əvəz edə bilirlər. Hətta əli belə maşından sürüşdürmək qəti qadağandır.

Bununla yanaşı sabahdan etibarən iştirakçılar avtomobilə söykənmələri də yasaqlanır. Bunlara rəğmən oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunurlar.

İştirakçıların səhhəti isə 24 saat ərzində təcili tibbi yardımın peşəkar həkimləri tərəfindən nəzarət olunur. Sağlamlığında problem yaranan iştirakçı dərhal oyundan kənarlaşdırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 612 16.10.19 22:58