Spiker: Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Spiker: Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək

Bu günədək Azərbaycan və İtaliya arasında 44 sənəd imzalanıb. Onların arasında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır.

Bunu Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6.22 milyard ABŞ dolları həcmində olub.

“Cari ilin yanvar-avqust aylarında bu göstərici 4,12 milyard ABŞ dolları təşkil edib”, - deyə O.Əsədov əlavə edib.

Spiker bildirib ki, Azərbaycan Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır:

“Ölkəmizin təşəbbüskarı olduğu neft və qaz kəmərləri, reallaşmaq üzrə olan TANAP və TAP layihələri bu fikri bir daha təsdiqləyir.

Azərbaycanın təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək yüz il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir.

Artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avropa ilə Asiyanı ən qısa yolla birləşdirən mühüm nəqliyyat qovşağıdır".

Milli Məclisin sədri əlavə edib ki, Azərbaycan gələcəkdə iqtisadiyyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 745 16.10.19 13:16