Yol kənarına zibil tökən sürücülər yüksək məbləğdə cərimə edildilər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm  |     22:55 "Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb  |     22:46 Bakı-Quba yolunda “Range Rover” külə döndü - AÇIQLAMA  |     22:37 İrana ”balıq yağışı” yağdı - VİDEO  |     22:28 İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək  |     22:20 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib  |     22:13 Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb  |     22:04 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO  |     21:54 Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO  |     21:46 Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?  |     21:38 “Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB  |     21:30 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO  |     20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |    

Yol kənarına zibil tökən sürücülər yüksək məbləğdə cərimə edildilər - VİDEO

Yük avtomobilləri ilə daşıdıqları məişət tullantılarını yol kənarına boşaldan üç nəfər saxlanılıb.

Həmin şəxsləri Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları ətrafda yaşayan sakinlərin şikayəti ilə tutub.

Polis bölməsinə məlumat daxil olub ki, Binəqədi-Novxanı-Mehdiabad yolunun kənarına gecə saatlarında ''KamAz'' markalı yük avtomobilləri zibil tökür.

Bölmə əməkdaşları həmin gecə əraziyə baxış keçirərkən məişət tullantılarını ora tökən üç yük avtomobilinin sürücüləri - Kərim Kərimli, İbrahim İbrahimov və Ozal Rzayevi saxlayıb.

Saxlanılarkən onlar həmin yerə bir neçə vaxtdır ki, məişət tullantıları yox, bünövrə üçün qazılan ərazidən torpaq daşıyıb tökdüklərini deyiblər.

Polis həmin şəxsləri bölməyə, avtomobillərini isə cərimə meydançasına aparıb. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn nazirliyin 11 saylı regional idarəsinin əməkdaşı Taleh Hacıyev deyib ki, əraziyə tökülən torpağa qarışdırılmış məişət tullantılarıdır.

Qeyd edək ki, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə fiziki şəxs qisimində 500 manatdan 800 manata qədər cərimə olunaraq məsuliyyətə cəlb ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            965 12.10.19 22:20