Gənc qızın ölümü ilə bağlı təfərrüat - Çantası bir yerdən, özü başqa yerdən tapılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |    

Gənc qızın ölümü ilə bağlı təfərrüat - Çantası bir yerdən, özü başqa yerdən tapılıb

Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızının yaxınları onun ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürürlər.

Xüsusilə A.Quliyevanın bacısı Gülnar bildirib ki, qızı ölənə qədər döyüblər.

Ancaq hüquq-mühafizə orqanlarındakı mənbədən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ölümü avtomobil vurma zamanı yaranan zədələrdən sonra olub.

Qeyd edək ki, qız oktyabrın 7-də Beyləqan-Kəbirli yolundan huşsuz vəziyyətdə tapılıb. Onda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nahiyəsinin küt travması, alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Oktyabrın 9-da A.Quliyeva vəfat edib.

Bundan əvvəl, Oxu.Az xəbər verib ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.

Bununla yanaşı, hadisənin yeni təfərrüatı məlum olub. İstintaq çərçivəsində məlum olub ki, A.Quliyevanı huşsuz vəziyyətdə tapıldığı yerdən 7-8 kilometr aralıda Beyləqan-Daşburun yolunda avtomobil vurub.

Qeyd edilib ki, qızı iritutumlu avtomobil vurub, ehtimallara görə, bu, “QAZel” markalı maşın olub. İstintaqın bu qənaətə gəlməsinə səbəb qızın çənə nahiyəsindəki zədə olub. Daha sonra sürücü A.Quliyevanı maşına qoyaraq, Beyləqan-Kəbirli yoluna gətirib və kolluq əraziyə atıb.

Hadisədən bir neçə saat sonra Beyləqan-Daşburun yolundan keçən hərbçi qadın çantası aşkarlayıb. Çantada şəxsiyyət vəsiqəsi və sındırılmış mobil telefon olub. Kişi çantanı polisə təhvil verib. Əvvəlcə hüquq-mühafizə orqanları düşünüblər ki, çanta itirilib, ancaq sonradan zərərçəkmiş şəxs aşkarlandıqdan sonra hər şey məlum olub.

Faktla bağlı hələlik saxlanılan yoxdur. Qızı vuran avtomobil də müəyyən edilməyib. Ehtimal olunur ki, A.Quliyeva naməlum şəxslə görüşə gedirmiş.

Ölmüş şəxsin bacısı deyib ki, A.Quliyeva həmin gecə evi tərk edərkən bir neçə şəxslə görüşməli olduğunu deyib.

Faktla bağlı araşdırmalar davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 734 10.10.19 13:22