Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb

“Azərbaycanda sənayeləşmə çox sürətlə gedir. Artıq dövlət başçısının müvafiq qərarları ilə Azərbaycanda 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb”.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi sənaye zonalarında sahibkarların fəaliyyətinin təşkil olunmasında çox maraqlıdır: “Sənaye zonalarının idarəçiliyi, bu zonalarda sənaye fəaliyyətinin səmərəliliyi, enerji effektivliyinin təmin olunması qarşıda duran mühüm vəzifələrdəndir. Məhz bu istiqamətdə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türk Standartlar İnstitutu ilə çox uğurlu əməkdaşlıq həyata keçiririk”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda sənayeləşmə ilə bağlı tədbirlərin keçirilməsində, sənaye zonalarının qurulmasında Türkiyə tərəfinin böyük töhfəsi olub: “İlk növbədə Türkiyədə təcrübəsini öyrənib, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri və prioritetlərini nəzərə almaqla, bu işləri uğurla həyata keçiririk. Rəqabətliliyin artırılmasında, dünya bazarlarına hər iki ölkənin məhsulunun çıxarılmasında beynəlxalq standartların çox böyük rolu var. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq strukturlar yaradılmalıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            977 09.10.19 19:44