Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar
Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

İnsident 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
/oxu.az/скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          689 09.10.19 12:44