Dmitri Medvedevdən Əli Əsədova təbrik teleqramı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |    

Dmitri Medvedevdən Əli Əsədova təbrik teleqramı

Rusiyanın Baş naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, D.Medvedev Əli Əsədova göndərdiyi teleqramda onunla birlikdə aktiv əməkdaşlıqdan məmnun olacağını qeyd edib.

Rusiya hökumətinin başçısı Rusiya və Azərbaycanın bir-birilərinə dostluq və tərəfdaşlıq münasibətləri ilə bağlandığını, ticarət, iqtisadi və investisiya əməkdaşlığının davamlı inkişaf etdiyini, enerji sektorunda, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələrin həyata keçirildiyini vurğulayıb.

“İkitərəfli əməkdaşlığın bütün spektrlərini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazır olduğumu bildirmək istərdim”, - deyə Medvedev qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 788 08.10.19 21:40