İcra Hakimiyyəti əhaliyə güclü küləklə bağlı xəbərdarlıq etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |    

İcra Hakimiyyəti əhaliyə güclü küləklə bağlı xəbərdarlıq etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə bağlı əhaliyə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Oxu.Az-a bildirib ki, hər il qeydə alınan güclü küləklər səbəbindən onlarla ağac aşır:

“Daha əvvəllər güclü külək nəticəsində qeydə alınan fəsadları nəzərə alaraq vətəndaşları diqqətli olmağa səsləyirik. Günün ikinci yarısından etibarən bir neçə saat ərzində Bakı və Abşeron yarımadasında şimal küləyinin sürəti 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyədək güclənəcəyi gözlənilir.

Vətəndaşlara ehtiyatlı olmağı, avtomobillərini ağacların altında park etməməyi tövsiyə edirik. Güclü külək nəinki qurumuş ağacları, eləcə də, sağlam ağacları aşıra bilər. Buna görə də yaxşı olar ki, sakinlər özləri də ağacların altında və yaxınlığında dayanmasınlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 668 07.10.19 15:08