“Instagram”da qadınla tanış oldu, şəkilləri ilə şantaj etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

“Instagram”da qadınla tanış oldu, şəkilləri ilə şantaj etdi

Bakıda qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadə barəsində olan hökmdən kassasiya şikayəti verib.

Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Məmmədova (ad və soyad şərti) “Instagram” sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Şəhriyar Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

İttihama görə, həmin şəxslər qadından, ümumilikdə, 13 min manata yaxın pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Abbasov 8 il və S.İsmayılzadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 821 05.10.19 16:33