Bakıda 3 uşaq anasının başını kəsən quldurun məhkəməsində gərginlik » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Bakıda 3 uşaq anasının başını kəsən quldurun məhkəməsində gərginlik

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Median.Az
Virtualaz.org-a istinadən bildirir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun yaxınları məhkəmə zalında narazılıq ediblər. Onlar qışqıraraq ömürlük cəza tələb ediblər.

Qətlə yetirilən qadının həyat yoldaşı da Kənan Əhmədova ömürlük cəza təyin edilməsini tələb edib.

"3 uşaq yetim qaldı. 30 yaşlı bir qadının başını kəsən şərəfsiz necə azadlığa çıxa bilər. Onlar analarının qatilini 20 ildən sonra azadlıqda görəcək? Bu uşaqlar onu öldürməsin, nə etsin?"- deyə hüquqi varis bildirib.

Məhkəmə zalında olan mərhumun yaxınları etiraz edərək qışqırmağa başlayıblar. Onlar təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr səsləndiriblər.

Hakim prosesi təxirə salmaq məcburiyyətində qalıb.

30 nəfərə yaxın şəxs məhkəmə icraçıları tərəfindən çətinliklə məhkəmə zalından çətinliklə çıxarılıb.

Onlar etirazlarını məhkəmə binasının qarşısında davam etdiriblər. Onlar prokurorun 20 il cəza tələbini ədalətsiz hesab ediblər.

Məhkəmə prosesi mərhumun yaxınları zaldan çıxarıldıqdan sonra davam etdirilib. Hökmə əsasən K.Əhmədova 20 il cəza təyin edilib.

Hökmə əsasən K.Əhmədov cəzasının 5 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Baş Prokurorluğun yaydığı məlumata görə, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 217 03.10.19 21:18