Arif Quliyev: Serialda hər çəkiliş gününə 100 manat alıram » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Arif Quliyev: Serialda hər çəkiliş gününə 100 manat alıram

Serialdan aldığım aylıq 800 manat qonorar məni qane edir.

Median.Az
-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Arif Quliyev son vaxtlar aktyorların aldıqları qonorarların az olması məsələsini şərh edərkən deyib.

Arif Quliyev serialda bir dəfə çəkilmək üçün 100 manat aldığını bildirib:

“Aldığım qonarar məni qanə edir. Son olaraq çəkildiyim serialda həftədə iki dəfə olmaqla çəkilirdim və hər bir çəkilişə görə 100 manat alırdım. Bu isə aylıq 800 manat deməkdir.

Ümumiyyətlə, özümü reklam etmirəm. Ən başlıca amil sənətkarın yalnız sənətini görməsidir. Əgər evimi, maşınımı, bağımı göstərsəm, artıq mən sənətkar deyil, biznesmen adlandırılmalıyam. Bizim qazancımız xalq sevgisidir. O da daşınmaz əmlak kimi xərclənmir. Mən tamaşaçı məhəbbətinə görə bu yerdəyəm. Onların çörəyini yeyirəm”.

Son olaraq serialda doqquz ay çəkildiyini deyən Xalq artisti hazırda təkliflər aldığını da bildirdi:

“Səhhətimlə əlaqədar olaraq təklifləri qəbul edə bilmirəm. Ancaq təklif olunan yumoristik iki ssenaridən hansını bəyənsəm, onda çəkiləcəyəm. Çünki yaşıma görə hər rolda çəkilə bilmərəm. Hər şeyi nəzərə almaq lazımdır. İnsanları maraqlandıran və diqqət cəlb edə bilən yumoristik ssenarilər olmalıdır. Düzdür, yaxşı ssenarilər olsa da, seçim etmək lazımdır. Son vaxtlar seriallarımız baxılır. Hazırda rəqabət dövrüdür.

Gənclərin çəkdiyi serialları və filmləri bəyənirəm. Düzdür, xoşu gəlməyən və müsbət qiymətləndirməyənlər az deyil. Bu onların öz fikridir. Zövqlər müxtəlifdir. Məndə xainlik, paxıllıq hissi yoxdur. Hər şeyə yaradıcı yanaşmaq lazımdır. Pis bir şeyi o saat baltalamaq olmaz. Ümid edirəm ki, yaxşı ssenarilər yazılacaq. Biz yaşlı nəsil də həmin filmlərdə və seriallarda çəkiləcəyik”.

Arif Quliyev əlavə edib ki, rejissorlar məsləhət bilmədiyi üçün illərlə filmlərdə və seriallarda çəkilməyib:

“Kino və teatr sahəsində inkişaf var. Teatrlarda yeni əsərlər qoyulur. Həmçinin, özəl teatrlar da çox yaxşı fəaliyyət göstərir.

Ümumiyyətlə, aktyorların seriallarda oynaması rejissordan asılıdır. O əsər üçün kimi münasib bilirsə, onu da çəkir. Çünki indi azad yaradıcılıq məkanıdır. Rejissora kimisə məcburi şəkildə çəkməyi demək olmaz. Elə olub ki, illərlə filmlərə və ya seriallara çəkilməməmişəm. İnanın ki, heç bir narazılığım olmayıb. Əgər məni məsələhət görməyiblərsə, deməli düz ediblər. Niyə özümü sırımalıyam? Əgər ona verilən rol zəifdirsə, o zaman aktyor müdaxilə edə bilər. Aktyor tələb edə bilməz. Bütün səlahiyyət rejissordadır”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 497 03.10.19 19:08