Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər

Oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qətl hadisəsi baş verib.

Tərtər rayon hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, cinayətin qurbanı kənd sakini 1983-cü il təvəllüdlü Kərimov Yaməddin Məhiyəddin oğlu olub.

Sözügedən şəxsə evinin yaxınlığında iki bıçaq zərbəsi yetirilib. Mərhum aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qətlin törədilməsində iki nəfər ittiham olunur: 2001-ci il təvəllüdlü Abbaszadə Zamin Faiq oğlu və öldürülən şəxsin qardaşı oğlu Cavad Kərimov. Z.Abbaszadə Y.Kərimova bıçaqla hücum edib, C.Kərimov isə qətlin şahidi olub.

İlkin araşdırma zamanı gənclərin Y. Kərimovu yeyib-içməyə çağırdıqları məlum olub. Y. Kərimov razılaşıb və onlarla birlikdə gedib. Ehtimala görə, qardaş oğlu əmisini sərxoş edərək mal-qarasının satışından qazandığı pulu mənimsəmək istəyib. Sərxoş olan Z.Abbaszadə və C.Kərimov zərərçəkəndən pul tələb etməyə başlasa da, Y. Kərimov təzyiqlərə təslim olacaq qədər sərxoş olmayıb. Belə olan halda tərəflər arasında qətllə nəticələnən münaqişə yaranıb.

Qeyd edək ki, ilkin dindirmə zamanı məhbuslar qətli qısqanclıq zəminində törətdiklərini bildirərək bəraət qazanmaq istəyiblər. Ancaq bu həqiqət deyil, bütün məsələ pulda olub.

Rayon prokurorluğu faktla bağlı cinayət işi açıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 576 02.10.19 15:54