Rafael Ağayev növbəti medalını qazanmaq üçün Moskvada yarışacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Rafael Ağayev növbəti medalını qazanmaq üçün Moskvada yarışacaq

Azərbaycan karateçiləri 4-6 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcək.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının VI mərhələsində 20 idmançımız mübarizə aparacaq.

23 sentyabrdan Rusiyanın paytaxtına 10 günlük təlim-məşqlərə yollanmış 13 nəfərlik heyətlə birlikdə daha yeddi idmançımız turnirdə çıxış edəcək.

Kumite millimizdə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev, Tural Ağalarzadə (hər üçü -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Asiman Qurbanlı, Şahin Atamov, Əli Cəfərov (hər üçü +84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) kata çıxışlarına qatılacaq.

Qeyd edək ki, Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 karateçi yarışacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 177 01.10.19 15:09