Mojo.az Banner
13:29 Bakıda 61 yaşlı kişi pilləkəndən yıxılıb öldü  |     13:20 Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (Video)  |     12:49 Pakistanda baş verən yanğında ölənlərin sayı artıb  |     12:20 Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib (FOTO)  |     12:10 Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:02 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ  |     11:40 Cəlilabadda sel körpünü qəzalı vəziyyətə salıb  |     11:39 Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb - FAKTİKİ HAVA  |     11:29 Şiddətli geomaqnit qasırğası gözlənilir  |     11:23 Polkovnik-leytenant Sakit Niftiyev vəfat edib  |     11:14 Ödənişli yollarda maksimal sürət həddi nə qədər olacaq? - Yeni qayda tətbiq edilir  |     23:01 Tramp İranda yeni rəhbərlik axtarmağın vaxtı olduğunu deyib  |     22:55 ABŞ geri çəkildi, İraq ordusu nəzarəti ələ keçirdi  |     22:48 İranda yaşayış məntəqələri ağır silahlarla atəşə tutuldu – VİDEO  |     22:41 "Beauty Derm Estetik"də əməliyyat olundu - Üzü əyildi (Video)  |     22:36 “ChatGPT” də reklam göstərməyə başlayır  |     22:27 6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi  |     22:22 Həkim hər gün kolbasa yeyənlərə xəbərdarlıq etdi  |     22:19 Bu yolda sürət həddi endirildi  |     22:13 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı  |    
Left Banner
Right Banner

Bu gündən Azərbaycanda minimum pensiya 200 manata çatdırılıb

01.10.2019 11:44 4 799
Bu gündən Azərbaycanda minimum pensiya 200 manata çatdırılıb
Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği sabahdan - oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Dövlət başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur.

Minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.

Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.

Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılacaq. Bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və b. əməkhaqları cari il sentyabrın 1-dən ciddi şəkildə artırılıb. Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının orta hesabla 31 faiz artmasına imkan verib.

Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasını təmin edib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.
скачать dle 11.3