Mojo.az Banner
14:58 Bakıda “Ferrari” qaydaları belə pozdu - Video  |     14:45 Uşaqda zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər  |     14:38 Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO  |     14:32 Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər  |     13:37 Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR  |     13:31 FTB-nin məlumat bazasına sızan haker ABŞ rəsmilərini hədələyib  |     13:29 Bakıda səfirliyi yandıracağı ilə hədələyən şəxslə bağlı YENİ QƏRAR  |     13:05 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək  |     13:01 İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - RƏSMİ  |     12:52 Bakı-Ağstafa-Bakı istiqamətində ƏLAVƏ QATAR REYSLƏRİ olacaq  |     12:49 ABŞ-dən Çinə qarşı 200 milyard dollarlıq həmlə  |     12:14 Azərbaycan nefti beş dollar BAHALAŞDI  |     11:59 Ağsuda küçədə meyiti tapılan şəxslə bağlı İLGİNC FAKTLAR (Yenilənib)  |     11:49 "Brent" markalı neft KƏSKİN BAHALAŞDI  |     11:45 UEFA Avropa Liqası: 1/8 final mərhələsinə start verilir  |     11:43 Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur  |     11:34 Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video  |     11:20 Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edir - Video  |     11:18 Proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı açıqlandı  |     23:02 Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək  |    
Left Banner
Right Banner

6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi

17.01.2026 22:27 561
6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Ağabalayev Ramin Əlisahib oğlu istehsalat sexində qurğunun üzərindən dərinliyi təqribən 6 metr olan texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R. Ağabalayevi yıxıldığı ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.скачать dle 11.3
Mojo.az Banner