Şiddətli geomaqnit qasırğası gözlənilir
Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, yanvarın 18-də Günəşdə qeydə alınan alışma nəticəsində yaranmış tac kütlə atılmalarının 20 yanvarda Yer kürəsinə çatacağı gözlənilir.
Bununla əlaqədar olaraq güclü geomaqnit qasırğası əmələ gələcəyi ehtimal edilir.
