Sonsuzluq müalicəsi prostat xərçəngi riski yaradır — Yeni araşdırma » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Sonsuzluq müalicəsi prostat xərçəngi riski yaradır — Yeni araşdırma

Elmi-tibbi tədqiqatın nəticələrinə əsasən, sonsuzluq müalicəsi alan kişilərin sonradan prostat xərçənginə tutulmaq riski daha yüksəkdir.

Median.Az BBC Azərbaycanca-ya istinadən bildirir ki, Britaniya Tibbi Jurnalında nəticələri dərc olunmuş tədqiqatda son 20 il ərzində İsveçdə 1,2 milyonadək hamiləlik halları nəzərdən keçirilib.

Kişi sonzuluğu müalicəsini (ICSI) alanların prostat xərçənginə tutulmaq riski daha yüksək olub.

Britaniya Prostat Xərçəngi təşkilatının bildirdiyinə görə, ICSI müalicəsini alan kişilərin daha yüksək risk altında olmalarını iddia etmək üçün daha geniş yaş çərçivəsində kişiləri yoxlamadan keçirmək lazımdır.

İsveçin Lund Universitetindən tədqiqatçılar milli doğuş və xərçəng qeydlərinə dair məlumat bazasından istifadə ediblər.

Onlar 1994-2014-cü illərdə bir milyondan çox doğuş və xərçəng xəstəliyi hadisələrini nəzərdən keçiriblər.

Körpələrin əksəriyyəti - 97 faizi təbii yolla əmələ gələn hamiləlik nəticəsində doğulub, 1,7 faizi və 20618 körpə IVF üsulundan istifadə olunmaqla hamiləlikdən sonra doğulub.

Məlumat bazasında sonzuluğun kişi və qadınla bağlı olduğu göstərilməyib.

Doğuşların 1,7 faizi və 14882-i keyfiyyətli sperma seçilərək birbaşa qadın yumurtasına vurulması üsulu ilə keçirilmiş ICSI-nin nəticəsidir.

ICSI üsulundan ilk dəfə 1992-ci ildə İsveçdə istifadə olunub və hər belə bir hal qeydiyyatdan keçirilib.
Təbii yolla doğulanların 0.28 faizində prostat xərçəngi diaqnozu müəyyən olunub, IVF qrupunda belələri 0.37 faiz olub, ICSI qrupunda isə 0.42 faiz olub.

ICSI qrupundakı kişilərdə 55 yaşından əvvəl erkən başlayan prostat xərçənginin inkişaf riski daha yüksək olub.

Tədqiqata rəhbərlik edən professor Yvonne Lundberg Giwercman BBC-yə deyib: "Prostat xərçənginin statistikası aşağıdır, lakin bu kişilər çox gəncdir".

"Onlar kiçik, yüksək riskli bir qrupdur və biz onları daha yaxından izləməliyik."

O, əlavə araşdırmaların aparılacağına ümid etdiyini söyləyib.

"Kişilərin sonsuzluğunun kişi sağlamlığı üçün həyəcan siqnalı rolunu oynadığı ehtimalı irəli sürülüb. Həm kişilər, həm də həkimlər bu məsələyə daha artıq diqqət yetirilməlidir", - Sheffield Universitetinin andrologiya professoru Allan Pacey deyib.

O əlavə edib: "Bu qeyd olunmalıdır ki, prostat xərcənginin səbəbi süni mayalandırma ilə bağlı deyil, amma hər ikisinin səbəbi əlaqəli ola bilər".

"Yəqin ki, 20-30 yaşlarında nəsilartırma funksiyasında problemlə üzləşən bütün kişilərə 50-60 yaşlarında hansı problemlə üzləşə biləcəkləri barədə xəbərdarlıq edilməlidir ki, onlar özlərini həkimə bir qədər tez yoxlatsınlar", - Allan Pacey deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 656 30.09.19 23:50