Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Macarıstan yığması futbol millimizlə oyun üçün heyətini açıqladı

30.09.2019 18:08 3 494
Macarıstan yığması futbol millimizlə oyun üçün heyətini açıqladı
Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi Macarıstan yığmasının ilkin heyəti açıqlanıb.

Macarıstan Futbol Federasiyasının saytı xəbər verir ki, italiyalı baş məşqçi Marko Rossi oktyabrın 10-da Splitdə Xorvatiya, üç gün sonra Budapeştdə Azərbaycana qarşı keçiriləcək oyunlara çağıracağı futbolçuları müəyyənləşdirib.

O, qarşıdakı görüşlərə 26 futbolçu çağırıb.

Qapıçılar: Deneş Dibus (“Ferentsvaroş”), Peter Qulaçi (“Leypsiq”, Almaniya), Adam Kovaçik (“Videoton”);

Müdafiəçilər: Botond Barat (“Sportinq Kanzas”, ABŞ), Barnabaş Beşe (“Havr”, Fransa), Tamaş Kadar (“Dinamo”, Ukrayna), Mihay Korhut (“Aris”, Yunanıstan), Adam Lanq ("Omoniya", Kipr), Qerqö Lovrençiç (“Ferentsvaroş”), Tamaş Kristian ("Zalaeqerseq"), Orban Vili (“Leypsiq”, Almaniya);

Yarımmüdafiəçilər: David Holman (“Slovan”, Slovakiya), Laslo Klaynhaysler (“Osiek”, Xorvatiya), İştvan Kovaç, Mate Patkai (hər ikisi “Videoton”), Adam Nad (“Bristol Siti”, İngiltərə), David Şiqer ("Ferentsvaroş"), Dominik Soboslai (“Red Bull”, Avstriya);

Hücumçular: Balaj Cucak (“Əl-İttihad”, BƏƏ), Robert Feçeşin ("Uypeşt"), Filip Holender (“Luqano”, İsveçrə), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Ronald Şalai ("Frayburq", Almaniya), Adam Salai (“Hofenhaym”, Almaniya), Roland Varqa (“Ferentsvaroş”).

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan oyunu “Qroupama Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.скачать dle 11.3
Mojo.az Banner