“Piylənmə iradə zəifliyinin nəticəsi deyil” - Psixoloqlardan açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

“Piylənmə iradə zəifliyinin nəticəsi deyil” - Psixoloqlardan açıqlama

“Piylənməni insan özü üçün seçmir və piylənməyə görə insanı utandırmaq həmin adamı özü barədə daha pis düşünməyə sövq edir”

Median.Az BBC-yə istinadla xəbər verir ki, bu fikirlər aparıcı psixoloqlar tərəfindən hazırlanan hesabatda öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, səhiyyə işçiləri piylənmədən əziyyət çəkən insanların vəziyyətini yüngülləşdirmək üçün "şişman insan" ifadəsi əvəzinə "piylənməsi olan insan" ifadəsini işlətməlidirlər.
Eləcə də qeyd olunub ki, səhiyyə işçiləri arıqlama mövzusunda daha da dəstəkverici ruhda danışmağı bacarmaq üçün məşq keçməlidirlər.

Xərçənglə bağlı tədqiqatlar aparan xeyriyyə təşkilatının bu yaxınlarda buraxdığı "kök insanları utandıran" reklam tənqid olunub.
İngiltərədə piylənmə səviyyəsi 2005-2017-ci illərdə 18 faiz artıb, Şotlandiya, Uels və Şimali İrlandiyada da göstəricilər oxşardır.
Bu o deməkdir ki, Britaniyada böyüklərin hər dördündən birinin piylənməsi, təxminən üçdə ikisinin isə artıq çəkisi və ya piylənməsi var.

Britaniya Psixoloji Cəmiyyətinin gəldiyi qənaətə görə, bu, "bir insanın iradə çatışmazlığı ilə əlaqəli deyil" və daha mürəkkəb məsələdir.

Qeyri-sağlam dərəcədə piylənməyə meylli olan insanlarda bu keyfiyyət genetik səviyyədə özünü göstərir və adətən, belə insanların iş, təhsil rejimi və sosial fəaliyyəti normadan artıq yemək və hərəkətsiz həyat tərzinə səbəb olur.

"Yoxsul məhəllələrdə yaşayan insanlar tez-tez həyati çətinliklər və travmalar da daxil olmaqla dərin stress keçirirlər. Çox vaxt bu cür ərazilərdə fiziki aktivlik üçün şərait və əlverişli sağlam qidanı əldə etmək imkanları məhdud olur".

Hesabatda deyildiyi kimi, insanın psixoloji təcrübəsinin də böyük rolu ola bilər, belə ki, piylənmədən şikayət edənlərin yarıdan çoxu uşaqlıq illərində çətinliklərlə üzləşib.

İctimai kampaniyalar zamanı, həkimlər, rəsmilər vurğulayırlar ki, artıq çəkiyə görə yaranan utanc və stress hissi çox vaxt daha əlavə yeməklərin yeyilməsinə və nəticədə daha çox piylənməyə səbəb olur.

Bu yaxınlarda britaniyalı komediyaçı Ceyms Korden piylənməyə görə insanları lağa qoymağın əleyhinə olaraq qeyd edib ki, "əgər bu, kök insanlara arıqlamağa kömək etsəydi, onda məktəblərdə piylənmiş uşaqlar olmazdı".

“Bedfordshire” Universitetinin doktoru Angel Çaterin qeyd etdiyi kimi, psixoloqlar sağlamlıq mütəxəssislərinə piylənmə ilə bağlı daha yaxşı ünsiyyət qurmaqda kömək edə bilərlər.

O deyib ki, piylənmənin müalicəsi asan olsaydı, burada olmazdıq və bu hesabatı yazmazdıq:
"İradəniz çox güclü ola bilər, lakin doğru qida, sağlam mühit, yaxşı həyat şəraitiniz yoxdursa ... çətin olacaq".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 800 26.09.19 20:07