Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.

Bu barədə diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib:

“Müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb. Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2015-ci ildə Vikipediyada "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın da idarəçisidir. Rüfət 4 ildir ki, “Vikipediya”da fəaliyyət göstərir. Əsasən, Azərbaycan tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə” statusu alıb.

1998-ci ildə anadan olan Rüfət Rəhimov hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 624 20.09.19 21:16