Azərbaycanda seksual xarakterli zorakılığa görə məhkum olunan yeniyetmələrin sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanda seksual xarakterli zorakılığa görə məhkum olunan yeniyetmələrin sayı açıqlandı

2018-ci ildə Azərbaycanda 14-17 yaş arasında olan 301 uşaq məhkum olunub.

2017-ci ildə bu rəqəm 323 olub.

2017-ci ildə məhkum olunan yeniyetmələrdən üçü qız olub. 2018-ci il qızlarla bağlı belə hal azalıb – cəmi bir nəfər.

2018-ci ildə oğurluq hallarına görə azadlıqdan məhrum edilən yeniyetmələr üstünlük təşkil edib. Ötən il 151 yeniyetmə oğurluq, 38-i qəsdən sağlamlığa ağır zərər vurma, 20-si xuliqanlıq, 14-ü seksual xarakterli zorakılıq hərəkətlər, 13-ü soyğunçuluq, 12-si quldurluq, beşi isə qəsdən adam öldürməyə görə məhkum olunub.

Dəmir barmaqlıqlar arasına salınan yeniyetmələrin 50-si 14-15 yaş, 251-i isə 16-17 yaş kateqoriyasında olanlardır.

Məhkum olunanlardan 263-ü hər iki valideyni olan ailədə, 36-sı isə tək valideyni olan ailədə tərbiyə alıblar.

Məhkum olunan 151 yeniyetmə isə heç yerdə işləməyən və oxumayandır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 524 16.09.19 14:30