Zelenski beş ayda 22 nəfəri əfv edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Zelenski beş ayda 22 nəfəri əfv edib

Ukrayna Prezidenti Vladimir Zelenski vəzifəyə başladığı may ayından etibarən 22 məhbusu əfv edib.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə prezidentin ofisindən məlumat verilib.

Bildirilib ki, aradan keçən beş ay ərzində əfv olunanların beşi qadın, 17-si isə kişidir.

Ancaq prezidentin ofisi əfv olunanlar arasında əcnəbilərin və mübadilə çərçivəsində əfv olunan vətəndaşların sayı ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, sentyabrın 7-də Rusiya və Ukrayna 35 məhkum və saxlanılan vətəndaşın sərbəst buraxılması ilə bağlı razılığa gəlmişdilər.

Rusiya tərəfdən azad edilənlər arasında terror aktı hazırlamaqda ittiham olunan Oleq Sentsov və Rusiya sərhədini pozan 24 Ukrayna əsgəri də var. Bu gün məhkəmə qərarı ilə sərbəst buraxılan “RİA Novosti” portalının rəhbəri Kirill Vışinski də Rusiyaya yola düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 020 12.09.19 19:45