Azərbaycanda “əxlaq polisi” yaradılır? - DİN-dən açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

Azərbaycanda “əxlaq polisi” yaradılır? - DİN-dən açıqlama

Son günlər sosial şəbəkələrdə Azərbaycanda “əxlaq polisi”nin yaradılacağı barədə şayiələr yayılır. Bu cür söz-söhbətlər polisin Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirməsindən qaynaqlanır.

Bunu oxu.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər:

“Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - “əxlaq polisi”nin yaradılacağı barədə məlumatlar yayırlar.

Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə, nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində “əxlaq polisi” strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 001 12.09.19 13:33