Nərimanov rayonunda ərini öldürən qadının şikayəti təmin edilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

Nərimanov rayonunda ərini öldürən qadının şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vəfa Orucovanın CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Nərimanov RPİ əməkdaşları tərəfindən cinayəti ailə münaqişəsi zəminində törədən Vəfa Orucova saxlanılıb və istintaqa təqdim edilib.

İstintaqa ifadə verən qadın əməlini etiraf edərək, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib. Bu səbəbdən aralarında dəfələrlə mübahisələr baş verib. Axırıncı dəfə onun təhqirlərinə dözməyən Vəfa məişət təyinatlı bıçaqla Rövşənə ölümlə bilavasitə səbəbli əlaqəsi olan zərbələr vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Orucova 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 331 09.09.19 13:18