İstehsalından bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

İstehsalından bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı - AÇIQLAMA

“OBA” marketlər şəbəkəsi üzərindəki istehsal tarixindən bir gün əvvəl satışa çıxarılmış yumurtalarla bağlı məlumat yayıb.

Şəbəkənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev oxu.az-a açıqlamasında bildirib ki, yumurta ilə bağlı yayılan foto araşdırılıb:

“Muğan quşçuluq fabrikinə məxsus yumurtalar marketlərimizə gündəlik gətirilir. Foto paylaşılan günü Yasamal rayonunda yerləşən bütün marketlərə əməkdaşlarımız tərəfindən baxış keçirildi. Bütün yumurta qutuları və üzərindəki tarix yoxlanıldı. Lakin qeyd olunan halla qarşılaşmadıq.

Müştəri ilə əlaqə saxladıq və müştərini marketə dəvət etdik. Müştəri aldığı bütün yumurtaları gətirdi. Lakin alınan yumurta kasetinin içində cəmi iki ədəd həmin tarixli yumurta aşkarlandı”.

“Düşünürük ki, bu, çap xətasıdır və bu problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır”, - deyə Elvin Babayev bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 052 16.03.19 13:49