Mojo.az Banner
16:54 "The Guardian": Bəşər Əsəd Moskvada rus dilini və oftalmologiyanı öyrənir  |     16:50 Tramp avropalıları qorxudur - Ukraynaya görə narahatdırlar  |     16:45 Vitaminlər sizi sağlam etmir - Hətta risk yarada bilər  |     16:39 Taleh Qaraşovun oğlu general oldu  |     16:34 Nə üçün Tahir İmanova pul yığılır? - ÖZÜNDƏN AÇIQLAMA  |     16:29 Bu yolda sürət həddi endirildi  |     16:28 Paşinyan seçkiləri gözləyir - Konstitusiya dəyişdiriləcək  |     16:20 Ağdamda azyaşlı velosipeddən yıxılaraq ölüb  |     16:11 Aİ Belarusa qarşı sanksiyaları genişləndirib  |     16:04 Sürücülük vəsiqəsi və digər vacib sənədlər YENİ QAYDADA veriləcək  |     15:52 Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi  |     15:23 Azərbaycana ən çox kərə yağı İrandan gətirilir, Rusiyaya isə ən çox satılır  |     15:15 Azərbaycanla Əlcəzair arasında saziş TƏSDİQLƏNDİ  |     15:05 "Şəkili Yusif"lə birgə 173 milyonluq cinayət işində təqsirləndirilən şəxs: "Tövbə etmişəm"  |     14:26 Fövqəladə Hallar Nazirliyindən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT (Video)  |     14:16 Qubada faciəli şəkildə ölən şəxs MÜƏLLİM İMİŞ  |     14:14 Biləcəridə yaşayış evinin bünövrəsi çökdü (Video)  |     14:02 Yasamalda "Express Lounge" ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb  |     13:48 Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər ələ keçdilər - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     13:38 Rayonlarda 31 torpaq sahəsi hərraca çıxarılacaq  |    
Left Banner
Right Banner

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

23.10.2025 14:37 342
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
Nazirlər Kabineti 6 noyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır.

Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkilini Daxili İşlər Nazirliyinin silahlı ekipajı ödənişsiz qaydada həyata keçirir.

Qərar ölkəmizin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minir.скачать dle 11.3