Mojo.az Banner
21:29 Narkotikə görə axtarışda olan şəxs Azərbaycandan Hindistana təhvil verildi  |     21:23 "Liverpul"un kapitanı "Qalatasaray"ın hədəfində  |     21:17 Azərbaycanda banklarla bağlı yeni qərar  |     21:09 Külək güclənəcək - XƏBƏRARLIQ  |     21:01 Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq  |     20:55 Bu vitaminlərdən içməyin!  |     20:47 Sabah 31 dərəcə isti olacaq  |     20:41 Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı  |     20:34 Bakıda körpü təhlükə saçır - Video  |     20:29 Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - Video  |     20:20 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     20:15 Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - Video  |     20:08 BDYPİ sürücülərə məcburu dayanma ilə bağlı müraciət etdi  |     20:00 On Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib  |     19:55 Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir  |     19:39 Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA  |     19:33 Bakıda WUF13 Festivalına yekun vuruldu  |     19:28 Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb  |     19:19 "TikTok"da ipoteka vədi ilə vətəndaşı aldadan maklerə hökm oxundu  |     19:07 Bakıda bir neçə nəqliyyat şirkətinin vergi borcu üzə çıxdı - MƏBLƏĞ  |    
Left Banner
Right Banner

Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək

04.07.2025 17:10 1 740
Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək
"Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası 2026-cı ilin aprelində Bakıda keçiriləcək".

Median.Az
"Report"a istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin müavini, ESCAP-in icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qlobal çağırışların artdığı bir dövrdə regional əməkdaşlığın rolu hər zamankından daha vacibdir:

"Bu kontekstdə gələcək müzakirələr üçün üç əsas təklifi vurğulamaq istərdim. Birincisi, milli, subregional və regional səviyyələrdə siyasət uyğunluğunu və koordinasiyanı gücləndirmək məqsədilə regional platformaların qurulması və möhkəmləndirilməsi vacibdir. Məsələn, ECO-nun yeni strategiyası milli iqlim hədəfləri ilə uyğunlaşdırıla bilər.

İkincisi, iqlim dəyişikliyinin ölkələrə təsirini nəzərə alaraq, xüsusilə transsərhəd nəticələrə malik daşqınlar, quraqlıq və buzlaq təhlükələrinə qarşı ortaq risk qiymətləndirmə çərçivəsinin, erkən xəbərdarlıq sistemlərinin və regional cavab koordinasiyasının yaradılması və ya təkmilləşdirilməsi zəruridir.

Üçüncüsü, davamlı və iqlimə davamlı gələcək baxışını əməkdaşlığın bütün sahələrinə inteqrasiya etməli, daha böyük siyasət uyğunluğu və sektorlararası sinerji təmin edilməlidir".

A.Alişahbana çıxışının sonunda 82-ci ESCAP Komissiya Sessiyasının 2026-cı ilin aprelində Bakıda keçiriləcəyini elan edərək, bu mühüm təşəbbüs və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.скачать dle 11.3
Mojo.az Banner